
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Aqro İnvest” layihəsi Amerika xalqının, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ayırdığı yardım sayəsində ərsəyə gəlib.
Uzunmüddətli investisiyalar etmək və yüksək gəlir əldə etmək istəyən investorlar, biznes portfellərini şaxələndirmək üçün Aqro İnvest layihəsindən yararlana bilər.
Məqsədimiz ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən “beyin mərkəzi” kimi yenidən formalaşdırmaqdır. Missiyamız aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanmasıdır.
Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq — iqlim şəraiti mövcuddur. Ölkədə adambaşına 0,2 hektar torpaq sahəsi düşür.
Azərbaycanın kənd təsərrüfatı məhsulunun 61%-ni bitkiçilik verir. Ölkəmizin əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir.
Azərbaycanın kənd təsərrüfatı məhsulunun 39%-ni heyvandarlıq verir. Heyvandarlıq ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yalnız yarıya qədərini ödəyir.
İstənilən sektorda inkişafın açarı informasiyadır və bu əlbəttə ki, kənd təsərrüfatı sahəsinə də şamil olunur.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Aqro İnvest” layihəsi Amerika xalqının, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ayırdığı yardım sayəsində ərsəyə gəlib.